
"Yuventus"un futbolçusu Kriştianu Ronaldu İtaliya A Seriyasının XXXII turunda "Atalanta" ilə 2:2 hesablı heç-heçə etdikləri matçı dəyərləndirib. Sportnet.az xəbər verir ki, qarşılaşmada iki penaltini qola çevirmiş portuqaliyalı hücumçu oyunun çətin keçdiyini vurğulayıb.
"Mürəkkəb oyun, amma çox vacib an. Sona kimi mübarizə aparmaqda davam edirik", - Ronaldu özünün "Instagram"dakı hesabında yazıb.
"Yuventus" 32 turdan sonra 76 xal yığaraq A Seriyasının turnir cədvəlində birinci yeri tutur. "Atalanta" 67 xalla üçüncü yerdə qərarlaşıb. "Yuventus" İtaliya çempionatının növbəti turunda "Sassuolo" ilə oynayacaq. Oyun iyulun 15-də keçiriləcək. Ronaldu bu mövsüm İtaliya çempionatında 28 matçda iştirak edib, 28 qol vurub və 5 məhsuldar ötürmə edib.