Rusiyanın "Ximki" klubunda çıxış edən milli komanda seçimini edib.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Ermənistan yığmasında oynamağa qərar verib. Bunadək Koryan Rusiyanın U-16, U-17, U-18, U-19 və U-21, həmçinin Ermənistanın U-17 millisində forma geyinib. O, 17 iyul 1995-ci ildə Rusiyanın Soçi şəhərində doğulub və müxtəlif illərdə "Lokomotiv" və Hollandiya "Vitess"ində oynayıb.
"Ximki"də çıxış edən azərbaycanlı hücumçu Kamran Əliyev isə hələ milli komanda seçimini etməyib. Hərçənd, 22 yaşlı forvard Gədəbəy rayonunda doğulub və 4 yaşında ikən ailəsi ilə Rusiyanın paytaxtı Moskvaya köçüb. O, 2018-ci ilin mayında Azərbaycanın U-20 yığmasının heyətində 2 yoldaşlıq görüşündə iştirak etsə də, bu il Rusiyanın U-20 yığmasının heyətində FNL Kubokunda çıxış edib. Hələlik Əliyevin hansı ölkənin millisini seçəcəyi məlum deyil.
Qeyd edək ki, "Ximki" 2019/2020 mövsümündə Milli Futbol Liqasında 2-ci yeri tutaraq, Premyer Liqaya vəsiqə qazanıb. Bu komanda həm də Rusiya Kubokunun finalınadək irəliləməyi bacarıb və həlledici qarşılaşmada çempion "Zenit"ə uduzub - 0:1.