UEFA Avropa Liqasında 1/4 finala yüksələn daha 2 komandanın adı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bunlar İngiltərə "Mançester Yunayted"i ilə İtaliya "İnter"idir.
"Mançester Yunayted" Avstriyada 5:0 hesabı ilə yendiyi LASK klubunu evdə də məğlub edib - 2:1. Hesabı 55-ci dəqiqədə qonaq komandadan Filip Vizinger açsa da, 2 dəqiqə sonra Cessi Linqard bərabərliyi təmin edib. 88-ci dəqiqədə isə Antoni Marsyal qələbə topunu vurub.
"İnter" isə neytral meydanda - Almaniyanın Gelzenkirxen şəhərindəki "AufŞalke Arena"da İspaniya "Xetafe"si üzərində inamlı qələbə qazanıb - 2:0. Hesabı 33-cü dəqiqədə Romelu Lukaku açıb. 83-cü dəqiqədə isə Kristian Eriksen meydana daxil olduqdan bir dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib.
1/4 finalda "Mançester Yunayted" Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. "İnter" isə "Reyncers" (Şotlandiya) - "Bayer" (Almaniya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl "Kopenhagen" Türkiyə çempionu "Başakşehir"i iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 0:1, 3:0. Ukrayna "Şaxtyor"u isə Almaniya "Volfsburq"undan üstün olub - 3:1, 3:0. "Şaxtyor" 1/4 finalda "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.
-------------------
UEFA Avropa Liqasında mövsümün yarımçıq qalmış bölümü bərpa olunub.
Sportnet.az-ın məlumatına görə, ilk olaraq, 1/8 final mərhələsinin iki cavab görüşü keçirilib.
Türkiyənin yeganə təmsilçisi "Başakşehir" Danimarkada "Kopenhagen"in qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 4-cü dəqiqədə Yonas Vinn açıb. 52-ci dəqiqədə Vinn dəqiq penalti zərbəsi ilə "dubl" edib. Matçda son nöqtəni isə 62-ci dəqiqədə Rasmus Falk qoyub.
Beləliklə, Türkiyə çempionu iki görüşünün yekunu olaraq, mübarizəni dayandırıb. Martın 12-də keçirilmiş ilk matçda "Başakşehir" 1:0 hesabı ilə qalib gəlmişdi.
Mərhələni adlayan digər komanda isə Ukrayna "Şaxtyor"u olub. Donetsk klubu Kiyevdəki cavab görüşündə Almaniya "Volfsburq"unu yenib - 3:0. Hesabı 89-cu dəqiqədə Junior Moraeş açıb. 90+1-ci dəqiqədə isə Manor Solomon fərqlənib. 90+3-cü dəqiqədə isə Moraeş son nöqtəni qoyub. İlk görüşdə də "Şaxyor" qələbə qazanmışdı - 3:1.
-------------------------
Koronavirüsle pandemiyası səbəbindən martda yarımçıq dayanadırılmış UEFA Avropa Liqası bu gün qaldığı yerdən start götürəcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 4 matç keçiriləcək. Dörd cütlükdən 3-ü cavab matçlarına çıxacaq.
İlk oyunda Türkiyədə Danimarka "Kopenhagen"ini minimal hesabla məğlub etmiş "Başakşehir" səfərdə üstünlüyünü qorumağa çalışacaq.
Donetsk "Şaxtyor"u Almaniyada məğlub etdiyi "Volfsburq"la bu dəfə Ukraynada qarşılaşacaq. Bu iki görüş Bakı vaxtı ilə saat 20:55-də start götürəcək.
Gecənin digər matçında "Mançester Yunayted" İngiltərədə Avstriya təmsilçisi LASK-ı qəbul edəcək. Səfərdə rəqibin qapısından 5 cavabsız top keçirmiş "qırmızı şeytanlar" 1/4 finala vəsiqənin taleyini böyük ölçüdə həll ediblər.
1/8 final mərhələsinin "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) matçı isə neytral meydanda olacaq. Bu komandalar arasındakı ilk oyun baş tutmadığından, qalib Almaniyada 1 görüşlə müəyyənləşəcək.
Qeyd edək ki, bu mərhələnin digər 4 oyunu avqustun 5-də olacaq.
Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunları
5 avqust
20:55. "Kopenhagen" (Danimarka) - "Başakşəhər" (Türkiyə) - 3:0
Qol: Yonas Vinn, 4; 53 (pen.). Rasmus Falk, 62
İlk oyun - 0:1
20:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Volfsburq" (Almaniya) - 3:0
Qollar: Junior Moraeş, 89; 90+3. Manor Solomon, 90+3
İlk oyun - 2:1
23:00. "Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya) - 2:1
Qollar: Cessi Linqard, 57. Antoni Marsyal, 88 - Filip Vizinger, 55
İlk oyun - 5:0
23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) - 2:0
Qollar: Romelu Lukaku, 33. Kristian Eriksen, 83
İlk oyun keçirilməyib