UEFA Avropa Liqasında 1/4 finala yüksələn bütün komandaların adları müəyyənləşib.
Sportnet.az xəbər verir ki, son olaraq, bu hüquqa İngiltərə "Vulverhempton"u və İsveçrə "Bazel"i yiyələnib.
"Vulverhempton" Yunanıstanda 1:1 hesablı heç-heçə etdiyi Yunanıstan "Olimpiakos"unu öz meydanında minimal hesabla yenib. Yeganə qolu 8-ci dəqiqədə penaltidən Raul Ximenes vurub.
"Bazel" isə Almaniyada 3:0 hesabı ilə darmadağın etdiyi Frankfurt "Ayntaxt"ına evdə də qalib gəlib - 1:0. 87-ci dəqiqədə Fabian Frayın vurduğu qol oyunda yeganə olub.
Beləliklə, 1/4 finalda görüşəcəklər:
"Vulverhempton" (İngiltərə) - "Sevilya" (İspaniya)
"Şaxtyor" (Ukrayna) - "Bazel" (İsveçrə)
"İnter" (İtaliya) - "Bayer" (Almaniya)
"Mançester Yunayted" (İngiltərə) - "Kopenhagen" (Danimarka)
Oyunlar 10-11 avqustda Almaniyanın 4 müxtəlif şəhərində təşkil olunacaq.
-----------------------
UEFA Avropa Liqasında 1/8 final mərhələsini adlayan daha 2 komandanın adı məlum olub.
Sportnet.az xəbər verir ki, bunlar İspaniya "Sevilya"sı ilə Almaniya "Bayer"idir.
"Sevilya" İtaliya "Roma"sı ilə neytral meydanda - Almaniyanın Duysburq şəhərindəki "MSV Arena"da keçirdiyi görüşdə 2:0 hesablı qələbə qazanıb. Hər iki qol ilk yarıda vurulub. Serxio Regilon 22-ci, Yussef En-Nesiri isə 44-cü dəqiqədə fərqlənib.
"Bayer" isə Şotlandiyada 3:1 hesabı ilə yendiyi "Reyncers"i Leverkuzendəki "BayArena"da da məğlubiyyətə uğradıb - 1:0. Yeganə qola 51-ci dəqiqədə Mussa Diabi imza atıb.
Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin ilk 4 oyunu avqustun 5-də keçirilib. Danimarka "Kopenhagen"i Türkiyə çempionu "Başakşehir"i iki oyunun yekununda (0:1, 3:0) üstələyərək, mərhələ adlayıb. İngiltərə "Mançester Yunayted"i Avstriya LASK-ına hər iki qarşılaşmada (5:0, 2:1) qalib gəlib. 1/4 finalda "Mançester Yunayted" "Kopenhagen"lə görüşəcək.
İspaniya "Xetafe"sini yenən (2:0) İtaliya "İnter"i növbəti mərhələdə "Bayer"lə qarşılaşacaq. "Sevilya" "Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Ukrayna "Şaxtyor"u Almaniya "Volfsburq"undan hər iki matçda (3:1, 3:0) üstün olub. "Şaxtyor" 1/4 finalda "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.
---------------------------
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə də 4 qarşılaşma baş tutacaq.
Şotlandiyada "Reyncers"i 3:1 hesabı ilə məğlub etmiş "Bayer"in bu üstünlüyü Almaniyada da əldən verəcəyi inandırıcı görünmür.
Bu görüşlə eyni saatda start götürəcək digər matçda İspaniya "Sevilya"sı ilə İtaliya "Roma"sı münasibətlərinə aydınlıq gətirəcək. Bu klublar arasında ilk oyun pandemiya səbəbindən təxirə salındığından, hazırkı görüş Almaniyada keçiriləcək və həlledici olacaq.
Frankfurtda "Ayntraxt"ın qapısından 3 cavabsız top keçirmiş "Bazel" Almaniyadan olan rəqibini İsveçrədə sınağa çəkəcək.
Gecənin digər oyununda isə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi İngiltərə "Vulverhempton"u Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.
Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunları
6 avqust
20:55. "Bayer" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:0
Qol: Mussa Diabi, 51
İlk oyun - 3:1
20:55. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) - 2:0
Qollar: Serxio Regilon, 22. Yussef En-Nesiri, 44
Qırmızı vərəqə: Canluka Mançini, 90+10 ("Roma")
İlk oyun keçirilməyib
23:00. "Bazel" (İsveçrə) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 1:0
Qol: Fabian Fray, 87
İlk oyun - 3:0
23:00. "Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 1:0
Qol: Raul Ximenes, 8 (pen.)
İlk oyun - 1:1.
Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin ilk 4 oyunu avqustun 5-də keçirilib. Danimarka "Kopenhagen"i Türkiyə çempionu "Başakşehir"i iki oyunun yekununda (0:1, 3:0) üstələyərək, mərhələ adlayıb.
İngiltərə "Mançester Yunayted"i Avstriya LASK-ına hər iki qarşılaşmada (5:0, 2:1) qalib gəlib. 1/4 finalda "Mançester Yunayted" "Kopenhagen"lə görüşəcək.
Ukrayna "Şaxtyor"u Almaniya "Volfsburq"undan hər iki qarşılaşmada (3:1, 3:0) üstün olub. "Şaxtyor" 1/4 finalda "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.
İspaniya "Xetafe"sini yenən (2:0) İtaliya "İnter"i isə növbəti mərhələdə "Reyncers" (Şotlandiya) - "Bayer" (Almaniya) cütünün qalibi ilə görüşəcək.
Nəhayət, "Vulverhempton" (İngiltərə) / "Olimpiakos" (Yunanıstan) cütünün qalibi "Sevilya" (İspaniya) / "Roma" (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.