Fransanın "Sent-Etyen" klubunun futbolçularından biri koronavirusa yoluxub.
Sportnet.az xəbər verir ki, klub təhlükəli infeksiyaya yoluxan futbolçunun adını açıqlamayıb. O, indi özünü təcridetmədədir.
Qeyd edək ki, bu gün "Sent-Etyen" və Almaniya "Herta"sı arasında yoldaşlıq matçı olmalı idi. Lakin təhlükəsizlik tədbirləri ilə əlaqədar oyun ləğv edilib.
Fransa çempionatı pandemiyaya görə vaxtından əvvəl - XXVIII turdan sonra başa çatıb. Ölkə çempionu PSJ olub, "Sent-Etyen" 17-ci yeri tutub.