
Rusiya Premyer Liqasında ilk turun "Rotor" - "Zenit" matçının ehtiyat hakimi Yevgeni Kukulyak İqor Paninlə əvəzlənib.
Sportnet.az-ın məlumatına görə, səbəb Kukulyakın koronavirus testi nəticəsinin şübhəli olmasıdır. Yekun nəticə 3 gün ərzində yenidən yoxlamadan sonra bilinəcək.
Qeyd edək ki, matç avqustun 11-də Volqoqradda keçiriləcək. Ötən mövsüm "Rotor" I Divizionda çıxış edib.