Avqustun 10-da Avropa Liqasının I təsnifat mərhələsinin püşkü atılacaq.
Sportnet.az xəbər verir ki, saat 13:30-da “Neftçi TV”dən canlı yayımlanacaq “Neftçi” mediada” verilişinin xüsusi buraxılışında Azərbaycan komandasının avrokuboklardakı ilk rəqibi müəyyənləşəcək. Verilişin qonaqları – “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov və futbol meneceri Səbuhi Səfiyarlı püşkatmanı dəyərləndirəcək və flaqmanın rəqibini təhlil edəcəklər.
Sabah saat 13:30-dan etibarən “Neftçi TV”dən canlı yayımlanacaq “Neftçi” mediada” verilişinin xüsusi buraxılışını izləməyi unutmayın.







































































