"Səbail"in yeni transferi Florian Kadriu klubun rəsmi saytının suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
– "Səbail"lə müqavilə imzaladınız. Hansı hissləri keçirirsiniz?
– İlk olaraq, mənə inandığına görə, kluba təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Çox sevinirəm.
– “Səbail”ə gəlməmişdən öncə Azərbaycan Premyer Liqası barədə məlumatınız var idi?
– Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu bildiriblər.
– Öz oyun tərzinizi necə təsvir edə bilərsiniz?
– Oyunda sürətə və fərdi ustalığa daha çox güvənirəm.
– Yaxınlarınız sizi necə çağırır?
– Yaxınlarım mənə Landi deyə müraciət edir.
– Mövsümə avqustun 21-də start veriləcək. Həm şəxsi, həm də, komandadan gözləntiləriniz nədir?
– İnanıram ki, mövsümə qələbələr ilə başlaya biləcəyik. Komanda ilə birlikdə klubun ambisiyalarını doğrultmağa çalışacağıq. Özüm şəxsən, ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edəcəyəm.
– “Səbail”in azarkeşlərinə ismarıcınız var?
– Azakeşlərə ismarıcım odur ki, sizi məmnun etmək üçün ən yaxşı oyunumu göstərəcəyəm. Dəstəyiniz çox vacibdir, komanda üçün 12-ci oyunçusunuz. Sizsiz futbolu təsəvvür etmək çox çətindir. Öz oyunum ilə sizə zövq yaşatmağa çalışacağam. Fanatlar üçün hər oyunda qol vurmaq üçün əlimdən gələni edəcəyəm.