Bu gün UEFA Avropa Liqasında növbəti yarımfinal görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Almaniyanın Düsseldorf şəhərindəki eyniadlı arenada İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u qarşılaşıb.
Polşalı referi Şimon Martsinyakın idarə etdiyi matçı 5:0 hesabı ilə qazanan "İnter" finalda "Sevilya"ya rəqib olub.
Həlledici qarşılaşma avqustun 21-də Kölndə olacaq.
17 avqust
Avropa Liqası
Yarımfinal
23:00. "İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) 5:0
Qollar: Lautaro Martines, 19, 74 Danilo D Ambrozio, 64, Romelu Lukaku, 78, 84