Bu gün UEFA Avropa Liqasında 2020/2021 mövsümü start götürüb.
Sportnet.az-ın məlumatına görə, ilkin təsnifat mərhələsində keçirilməli olan 2 matçdan biri baş tutub, digəri isə təxirə salınıb.
"Linkoln" (Cəbəllütariq) – "Priştina" (Kosovo) qarşılaşması qonaq komandanın 8 futbolçusunun koronavirusa yoluxması səbəbindən oynanılmayıb.
Digər qarşılaşmada isə Monteneqro "Zeta"sı səfərdə Andorranın "Enqordan" komandasını 3:1 hesabı ilə məğlub edərək I təsnifat mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, "Zeta" növbəti raundda Lüksemburq "Proqres"i ilə üz-üzə gələcək. Matçı azərbaycanlı FIFA referisi Rəhim Həsənov idarə edəcək.