"Neftçi" klubu ilə yollarını ayıran futbolçu Vangelis Platellasın yeni klubu bəlli olub.
Sportnet.az məlumatına görə, 32 yaşlı yunanıstanlı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. O, Larisa AEL-i ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Vangelis Platellas 2019-cu ilin yanvarında "Neftçi"yə keçib. Klub iyunun 19-da oyununla vidalaşıb.