"Əlbəttə, oyunun asan olacağını iddia etmirik. Çünki hər rəqibin özünəməxsus çətinliyi var. Amma mərhələni keçmək üçün Azərbaycana motivasiya və inamla gedirik".
Sportnet.az-ın məlumatına görə, bunu Şimali Makedoniya "Şkendiya"sının futbolçusu Besart İbraimi UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Sumqayıt"la oyun barədə danışarkən deyib.
34 yaşlı hücumçu bildirib ki, qalib gəlmək üçün lazımı səviyyədə oynamalıdırlar: "Çempionatın son turunda vurduğum qol məni ruhlandırır. Əminəm ki, Azərbaycanda da üstün tərəf biz olacağıq".
Qeyd edək ki, avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" görüşü saat 20:00-da başlayacaq.