"Bizi çox yaxşı və güclü rəqib gözləyir. Hamımız bilirik ki, "Neftçi" güclü komandadır".
Spornet.az-ın məlumatına görə, bu fikirləri Şimali Makedoniyanın "Şkupi" komandasının qapıçısı Kristian Naumovski Bakıda "Neftçi" ilə qarşılaşacaqları Avropa Liqasının I təsnifat mərhələsinin matçından öncə klubun rəsmi saytına açıqlamasında deyib.
32 yaşlı qolkiper bildirib ki, rəqib elə də cəlbedici komanda deyil. O, 3-4 gün ərzdində "Neftçi"ni analiz etdiklərini vurğulayıb: "İndi o matça köklənmişik. Bakıya gedəcəyik və əlimizdən gələni etməyə hazırıq. Start heyətdə və ehtiyat oyunçular skamyasnda kimin olacağı vacib deyil. Meydanda olan oyunçuların 90-95 dəq hər şeyi verməsi vacibdir. Hər görüşdə qələbə qazanmaq istəyirik, "Neftçi", "Pelister" və ya "Vardar" olsun, bizim üçün rəqibin fərqi yoxdur".
Qeyd edək ki, avqustun 27-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlanacaq.