"AEK Arena" "Qarabağ" və Norveç "Molde"si arasında keçiriləcək UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin oyununu qəbul etməyə hazırdır.
Sportnet.az-ın məlumatına görə, bu barədə Kiprin AEK klubunun Mətbuat katibi Kiriakos Dimitriu yerli "Spor FM" radiosuna açıqlamasında bildirib.
Klub rəsmisi sözügedən stadionda ilk ÇL qarşılaşmasının keçiriləcəyini vurğulayıb: "Bu cür layihələri davam etdirəcəyik. Ümid edirik ki, komandamızın da bu yarışda mübarizəsini görəcəyik".
Qeyd edək ki, sentyabrın 16-da baş tutacaq "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.