"Stressli oyun idi. Koronavirus xəstələrinin sayının çox olması və zədəlilərin durumu bizi qorxudurdu. Birinci hissə narahatlığımızın nə qədər haqlı olduğunu göstərdi".
Sportnet.az-ın məlumatına görə, bunu Türkiyə "Sivasspor"unun prezidenti Mecnun Otyakmaz UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda İstanbulda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Funksioner ikinci hissədəki taktiki dəyişikliklərdən sonra konsentrasiyanı itirmədiklərini bildirib: "Hesabda geri olmağımıza baxmayaraq, təcrübəli Aruna Konenin qolu ilə qələbə qazanıdq. Əsas olan 3 xal qazanıb, şansımızı davam etdirmək idi. Bunu bacardığımız üşün xoşbəxtik".
Otyakmaz qonaqpərvərliyə görə Azərbaycan təmsilçisinə təşəkkür edib: "İstanbulda oynamağımıza baxmayaraq, bizi yaxşı qarşıladılar. Hər iki tərəf "bir millət, 2 dövlət" şüarını boşa çıxarmır".