
Argentinalı mütəxəssis Maurisio Poçettino Fransa PSJ-sinə baş məşqçi təyin olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırkı baş məşqçisi Tomas Tuxeli təcili istefaya göndərilib. Tuxel 2018-ci ildən PSJ-yə rəhbərlik edirdi.
Qeyd edək ki, 48 yaşlı Maurisio Poçettino daha əvvəl İspaniyanın “Espanyol”, İngiltərənin “Sautgempton” və “Tottenhem” komandalarına rəhbərlik edib.