"Qarabağ" klubu komandaya gec qoşulan haitili futbolçu Donald Geryeni cəzalandırıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel deyib.
Onun sözlərinə görə, qış toplanışında iştirak etməyən 32 yaşlı yarımmüdafiəçi cərimələnərək, əvəzedici komandaya göndərilib. Çelikel cərimənin məbləğini açıqlamayıb.
Klub rəsmisi ispaniyalı futbolçu Xayme Romeronun da məşqlərə can yandırmadığı üçün cərimələnərək əvəzedici komandaya göndərilməsi ilə bağlı yayılan xəbərə də aydınlıq gətirib. O, məlumatın həqiqəti əks etdirmədiyini bildirib.