1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə" 615 dəqiqədir qol buraxmır
“Zirə” Azərbaycan Kubokunda ardıcıl 6-cı quru oyunu keçirib.
Sportnet.az xəbər verir ki, “qartallar” sonuncu dəfə 2018/19 mövsümündə qol buraxıb.
Həmin mövsüm 1/4 finalın “Sumqayıt”la cavab görüşü 3:3 hesabı ilə başa çatıb. Peyman Babayinin 45-ci dəqiqədə vurduğu top komandanın buraxdığı son qol olub.
2019-cu il mayın 1-də keçirilən həmin ev görüşündən sonra “Zirə” 6 matça çıxıb. Komanda ötən mövsüm “Qaradağ Lökbatan” (4:0) və “Səbail”i (0:0, 1:0, əlavə vaxtda), cari mövsümdə “Qaradağ Lökbatan” (4:0) və “Neftçi”ni (1:0, 0:0) mübarizədən kənarlaşdırıb. “Zirə”nin bu matçlardakı quru seriyası 615 dəqiqəyə çatıb.
Qeyd edək ki, 20-ci kubok matçına çıxan “Zirə” məğlubiyyətsiz oyunlar seriyasını 10-a qədər uzadıb.