"Sevilya" ilə İspaniyanın Kubokunun yarımfinal mərhələsinin ilk oyunu "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, argentinalı hücumçu peşəkar karyerasında 900-cü matçına çıxıb.
34 yaşlı forvard bu görüşlərin 758-ni Kataloniya klubunun, 142-ni isə Argentina millisinin heyətində keçirib.
Messi 41-ci dəfə "Sevilya" ilə oyunda iştirak edir. Ulduz futbolçu bu rəqiblə qarşılaşmalarda 37 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Sevilya" - "Barselona" matçında ilk hissədən sonra hesab meydan sahiblərinin xeyrinədir - 1:0.