"Neftçi ilə matçda gözəl oyun və qələbə gözləyirik".
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qarabağ" klubunun direktoru Emrah Çelikel "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XV matçı barədə danışarkən deyib.
O, çempionatın uzun marafon olduğunu və qarşıda daha 13 turun oynanılacağını bildirib: "Hər iki komanda üçün xal itkisi və ya qələbə çempionluq üçün həlledici olmayacaq. Amma əlbəttə, "Neftçi" və "Qarabağ" qızıl medallara iddialıdır və qələbə qazanmaq istəyəcək. Matçın əhəmiyyətini artıran da elə budur".
Çelikel "Neftçi"nin kubokda mübarizəni dayandırmasına baxmayaraq Ağdam təmsilçisi ilə görüşə motivasiyalı çıxacağını söyləyib: "Onların kubokdakı məğlub olması bizə qarşı motivasiyalarını azaltmayacaq. Əksinə çempionat oyunlarına daha böyük motivasiya ilə çıxacaqlar".
Qeyd edək ki, fevralın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.