Almaniyanın "Bavariya" komandası klublararası dünya çempionatının finalında Meksika “Tiqres”i ilə matça ciddi itkilərlə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, Münhen təmsilçisinin əsas futbolçularından hesab edilən Tomas Müllerin də koronavirus testi müsbət çıxıb.
32 yaşlı hücumçu kollektivdən təcrid edilib. Daha əvvəl Xavi Martines və Leon Qoretskanın test nəticəsi müsbət olduğu üçün görüşü buraxacağı dəqiqləşib.
Qeyd edək ki, bu gün keçiriləcək "Bavariya" - "Tiqres" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.