Avstriyanın "Volfsberq" və İngiltərənin "Tottenhem" komandaları arasında UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununu yeri dəyişdirilib.
Sportnet.az London klubunun rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da olacaq.
Qərarın koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən qəbul olunduğu bildirilib.
Qeyd edək ki, fevralın 18-də oynanılacaq Volfsberq"- "Tottenhem" görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.