
Futbol üzrə Kipr millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportnet.az yerli fedeasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığma komanda Nikos Kostenoqluya həvalə olunub.
51 yaşlı mütəxəssislə 24 saat ərzində rəsmi müqavilənin imzalanacağı bildirilib. Kostenoqlu bu vəzifədə ötən gün istefaya göndərilmiş Yohan Valemi əvəzləyib.
Qeyd edək ki, Kipr seçməsi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə Azərbaycanla eyni qrupda yer alıb. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn Canni De Byazinin başçılıq etdiyi kollektiv ikinci görüşdə qolsuz heç-heçəyə razılaşıb.