"Bilirdik ki, rəqib yeni baş məşqçi ilə yeni dönəmə qədəm qoyub. Sənan Qurbanovu istəkli komanda düzəltməsi münasibəti ilə təbrik edirəm".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XVIII turunda evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, hər iki tərəf 3 xal qazanmaq istəyib: "Qarşılaşma əsəbi keçdi. Bu da turnir cədvəlindəki mövqedən irəli gəlirdi. Artıq neçənci oyundur ki, hücumda xeyli qol epizodu yaradırıq. “Qarabağ” kimi rəqiblə belə, 3-4 şansımız oldu. Bəlkə də son nöqtəni qoymağa ustalıq səviyyəmiz çatmadı. Bu gün də 5-6 epizodu boşa verdik. Sevindirici hal budur ki, məğlubiyyətdən qaçmağı bacardıq. Növbəti oyuna hazırlaşacağıq".
Hacıyev qol buraxdıqdan sonra daha əzmkar oynadıqlarını diqqətə çatdırıb: "Bu, başadüşüləndir. Futbolçulara belə əzmkarlığa görə təşəkkür edirəm. Mudafiədəki səhvləri minimuma endirmişik".
Baş məşqçi Kamran Ağayevin "Sumqayıt"la görüşdə zədə yüngül zədə aldığını vurğulayıb: "Artıq tədricən məşqlərə qoşulub. Kamran bizim əsas futbolçarımızdandır".