"Neftçi"nin futbolçusu Mamadu Kane komanda yoldaşı Emin Mahmudova İngiltərə "Liverpul"unun yarımmüdafiəçisi Nabi Keytanın formasını hədiyyə edib.
"Report"un məlumatına görə, bu barədə xəbəri Mahmudov özünün feysbuk səhifəsində paylaşıb.
29 yaşılı oyunçu qvineyalı həmkarına hədiyyəyə görə təşəkkür edib.
Qeyd edək ki, Kane yığmanın heyətində olarkən Keyta ilə görüşüb.