Almaniya "Bavariya"sının baş məşqçisi Hans-Diter Flik cari mövsümün sonunda vəzifəsindən ayrıla bilər.
Sportnet.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis klubdakı vəziyyətdən narazıdır.
O, yayda komandanı tərk edə biləcəyi ilə bağlı rəhbərliyi məlumatlandırıb. İddiaya görə, almaniyalı baş məşqçinin Münhen təmsilçisinin idman direktoru Hasan Salihamidziçlə münasibətləri yaxşı deyil. Onlarında arasında kadr və transfer məsələlərində fikir ayrılıqları var.
Qeyd edək ki, "Bavariya" Hans-Diter Flikin rəhbərliyi altında Bundesliqa, ölkə kuboku və Superkuboku, həmçinin Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatının qalibi olub.