
"Zirə səfəri hər zaman çətin olub. Futbolçular əllərindən gələni etdilər. Meydan da ağır idi. Futbolçuların zədələnməməsi bizim üçün vacibdir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Keşlə" klubunun baş məşqçisi Sənan Qurbanov səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis matçı zədəsiz və 1 xalla başa vurmalarının sevindirici hal olduğunu bildirib: "Tərlan Quliyevin zədəsinin yüngül olacağına ümid edirik. Qələbə bizim üçün vacib idi. Futbolçular tapşırıqları yerinə yetirdilər".
Qurbanov Sezar Meza Kolli ilə Yevgeni Koçuku meydana buraxmamasının səbəbini dəaçıqlayıb: "Onlar uzun müddət idi komandayla çalışmırdı. Futbolçuları qorumaq üçün risk etmədim".