AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre ilə görüşüb.
Sportnet.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına İsveçrə millisinin, o cümlədən isveçrəli azarkeşlərin gəlişi ilə bağlı müzakirələr, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AVRO-2020-nin A qrupunda İsveçrə yığması Bakı Olimpiya Stadionunda iyunun 12-də Uels, iyunun 20-də isə Türkiyə millisi ilə qarşılaşacaq.