Türkiyənin "Qalatasaray" klubunun 3 futbolçusu koronavirusa yoluxub.
Spornet.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi tvitter hesabı məlumat yayıb.
Testləri müsbət çıxan oyunçuların adları açıqlanmayıb. İnfeksiya aşkarlanan şəxslər karantinə alınıb.
Qeyd edək ki, "Qalatasaray" Superliqanın növbəti turunda aprelin 28-də "Konyaspor"u qəbul edəcək.