
Azərbaycan Kubokunda "Zirə" və "Keşlə" komandaları arasında keçirilmiş yarımfinal mərhələsinin qalmaqallı cavab görüşünün protokolu açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, baş hakim Elçin Məsiyev 11 futbolçuya və 1 məşqçiyə sarı vərəqə göstərib. Bu vərəqələrdən 7-si meydan sahiblərinin, 5-i qonaqların futbolçularına göstərilib. Sarı vərəqə alan məşqçi "Zirə"dən Hacı Əhmədov olub.
Bundan başqa yerli komandadan Lazar Corceviç 88-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa, Sərtan Taşkın isə oyundan sonra ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Həmçinin, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov və onun köməkçisi Eltun Yaqublu 90-cı dəqiqədə hakimin qərarına etiraz etmələri səbəbindən qırmızı vərəqə alıblar.
Qeyd edək ki, görüş "Keşlə"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.