Almaniyanın "Bavariya" klubu futbolçusu Erik Şupo-Motinqin müqaviləsinin müddətini uzadıb.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı hücumçunun yeni sözləşməsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Münhen təmsilçisinin yeni baş məşqçisi Yulian Nagelsman kamerunlu oyuçunun ehtiyat forvard kimi komandada qalmasını istəyib.
Qeyd edək ki, Erik Şupo-Motinq 2020-ci ilin oktaybrında Fransa PSJ-sindən "Bavariya"ya keçib.