
"Sumqayıt" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi 23 yaşlı yarımmüdafiəçi Murad Xaçayevlə 2 illik yeni sözləşmə imzalayıb.
2018-ci ildən "Sumqayıt"ın şərəfini qoruyan Xaçayev ümumilikdə 32 oyunda (2293 dəqiqə) meydanda olub və 4 qol vurub. O, Azərbaycanın U-19, U-21 və əsas millilərində də çıxış edib.