AVRO-2020-nin Bakıda keçirilən oyunlarının təbliğatı məqsədilə müxtəlif səpkili tədbirlər davam edir.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 12-də axşam saatlarında Heydər Əliyev Mərkəzinin üzərində işıq proyeksiyası vasitəsilə AVRO-2020-nin A qrupunun Bakı Olimpiya Sradionunda (BOS) təşkil olunan qarşılaşmalarının iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib.
Qeyd edək ki, A qrupunun Uels və İsveçrə milli komandaları arasında keçirilmiş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
BOS-da növbəti oyun iyunun 16-da olacaq. Saat 20:00-da Türkiyə və Uels milli komandaları qarşılaşacaq.