Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk "Neftçi"dən ayrıla bilər.
Sportnet.az-ın məlumatna görə, bu barədə komandanın baş məşqçisi Samir Abasov klubun rəsmi televiziyasına açıqlamasında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, artıq 23 yaşlı müdafiəçinin mövqeyinə yeni oyunçu axtarışlarına başlayıblar: "Nə qədər dəqiq olduğunu deyə bilmərəm, amma çox güman ki, Krivotsyuk da bizimlə olmayacaq. Hazırda əlimizdə 3 müdafiəçi var. Hücumçunun olmaması isə bizim üçüçn əsl başağrısıdır".
Qeyd edək ki, Anton Krivotsyukun "Neftçi" ilə müqaviləsi cari mövsümün sonunda başa çatıb.