UEFA Avropa çempionatının F qrupundakı Almaniya - Macarıstan maçındakı mümkün ayrıseçkiliklə bağlı intizam işi açıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Macarıstan dövlət himninin oxunması zamanı azarkeşlərdən biri Almaniya yığmasının geyimində və LGBT-nin rənglərini özündə əks etdirən göy qurşağı formasında bayraqla meydana qaçıb.
Avropa futbol qurumu məsələ ilə bağlı araşdırma aparılacağını bildirib.
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib. UEFA matçdan əvvəl "Alyans Arena"nın göy qurşağı rənglərində işıqlandırılmasını qadağan edib.