"Keşlə" klubu ötən mövsümün sonunda "Səbail"dən ayrılan sabiq futbolçusu Amil Yunanovla danışıqlar aparır.
Bu barədə Sportnet.az-a komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib. 41 yaşlı mütəxəssis məsələnin yaxın günlərdə müsbət həllini tapacağını bildirib.
Qurbanov "Zirə" ilə vidalaşan Fakundo Melivilonun isə baxışda olduğunu və argentinalı hücumçu ilə bağlı qərar verməyə tələsmədiyini söyləyib.
Qeyd edək ki, "Keşlə" daha əvvəl Şimali Makedoniyanın "Pelister" klubundan portuqaliyalı forvard Aldair Sapalo Amaro Neto və seneqallı vinger Omar Qudiabi ilə müqavilə bağlayıb.