"Çətin qarşılaşma oldu. Hələ yeni formaya düşürük. "Neftçi" bir həftədən sonra Çempionlar Liqasında mübarizəyə başlayacaq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Rusiyanın "Spartak" (Moskva) klubunun futbolçusu Mixail İqnatov "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları yoxlama oyunu barədə danışarkən deyib.
21 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinin texniki və fiziki cəhətdən onlara nisbətən daha yaxşı hazırlıqlı olduğunu bildirib: "İnkişaf etməyə və bu cür rəqiblərə qalib gəlməyə çalışacağıq. Mən yenidən əsas komandada olmaq üçün çalışdım. Ümid edirəm hər şey qaydasına düşəcək və oyunumla azarkeşləri sevindirəcəyəm".