Polşanın "Legiya" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Norveç “Bude Qlimt”i ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Sportnet.az xəbər verir ki, siyahıda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də adı yer alıb.
Emreli Varşaka təmsilçisində 11 nömrəli formanı geyinəcək
Qeyd edək ki, “Bude Qlimt” - "Legiya" matçı iyulun 7-də olacaq, cavab qarşılaşması isə bir həftə sonra gerçəkləşəcək.