Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində ilk rəsmi matçını bu gün keçirəcək.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçunun Varşava təmsilçisinin heyətində debütü Çempionlar Liqasının I təsnifat mərhələsinə təsadüf edəcək. Norveçdə "Budyo Qlimt" klubu ilə ilk qarşılaşmada Emreli start "11-liy"ində yer alacaq.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.