"Əsas hədəfim təlim-məşq toplanışından səmərəli istifadə edib yaxşı hazırlaşmaqdır. Çünki bizi qarşıda "Qarabağ"la 2 vacib oyun gözləyir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri İsrailin "Aşdod" komandasının yeni transferi Martin Raynov "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.
29 yaşlı bolqarıstanlı yarımmüdafiəçi Ağdam klubunu mübarizədən kənarlaşdırmaq istədiklərini bildirib: "Qarşıda duran başlıca vəzifə növbəti raunda adlamaqdır. Bu yolda komandama kömək etmək istəyirəm".
Qeyd edək ki, "Qarabağ" və "Aşdod" komandaları arasında ilk oyun iyulun 22-də Bakıda, cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.