Rusiya "Zenit"inin futbolçusu Sebastyan Driussi karyerasını Türkiyənin "Fənərbağça" klubunda davam etdirə bilər.
Sportnet.az-ın "sozcu.com.tr"yə istinadən məlumatına görə, 25 yaşlı hücumçudan ötrü Sankt-Peterburq təmsilçisinə 4 milyon avro təklif olunub.
Argentinalı oyunçu "Zenit"də 2017-ci ilin yayından çıxış edir. O, "River Pleyt"dən 15 milyon avroya alınıb. Driussi 2020/2021 mövsümündə 22 oyuna 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.