"Səbail" klubu qapıçısı Nikolas Hagenlə yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı xəbər yayıb.
Qvatemalalı qolkiperin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 2020/2021-ci il mövsümündən “Səbail”in formasını geyinən Hagen 27 oyunda meydana çıxıb. O, bu görüşlərin 6-da qapısını toxunulmaz saxlayıb.