
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Zirə" və “Qəbələ” komandaları arasında yoxlama oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. İlk yarıda Qismət Alıyev və Ağabala Ramazanov, fasilədən sonra yeni transfer Velvis Santos fərqlənib.
Beləliklə, “Qəbələ” ilk yoxlama oyununda məğlub olub. "Qırmızı-qaralar" iyulun 21-də "Səbail" komandası ilə qarşılaşacaq.
"Zirə" isə Bakıdakı hazırlıq prosesini darmadağınla başa vurub. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv iyulun 18-də Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Daha əvvəl "Zirə" "Sabah"la qolsuz heç-heçə edib.
Yoxlama oyunu
16 iyul
19:00. "Zirə" - "Qəbələ" - 3:0
Qollar: Qismət Alıyev, Ağabala Ramazanov, Velvis Santos
"Zirə"nin start heyəti: Mehdi Cənnətov, Nemanya Andelkoviç, Sərtan Taşkın, Cəlal Hüseynov, Hacıağa Hacılı, Qismət Alıyev, İlkin Muradov, Velvis Santos, Ağabala Ramazanov
"Qəbələ"nin start heyəti: Nicat Mehbalıyev, Urfan Abbasov, Vüsal Məsimov, Murad Musayev, Rufət Əhmədov, Asif Məmmədov, Kamal Mirzəyev, Məqsəd İsayev, Rövlan Muradov, Ehtiram Şahverdiyev, Ülvi İsgəndərov.
Fasilədən sonra meydana çıxanlar: Nemət Şıxəmirov, Mehrac Baxşalı, Rauf Rüstəmli, Gülağa Əsədov, Hüseyn Mürsəlov
Zirə İdman Kompleksi