AFFA-nın inzibati binasında 2021/2022-ci il mövsümdə Azərbaycan Premyer Liqasında iştirak edəcək klublarla görüş keçirilib.
Sportnet.az xəbər verir ki, Lisenziyalaşdırma qrupunun əməkdaşları iştirakçılara mövsümün yekunları ilə bağlı məlumat və statistik göstəricilər haqqında məlumat verib.
Tədbirin sonunda növbəti mövsümdə klublar müvafiq lisenziyalarla təltif olunub.