
"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az-ın məlumatına görə, Ağdam klubu artıq bunun anonsunu verib.
"Köhlən atlar" bununla bağlı feysbukda paylaşım edib. Həmin oyunçu "Sabah"dan ayrılan və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" komandasına keçidi baş tutmayan Bəhlul Mustafazadədir.
24 yaşlı müdafiəçi "Qarabağ"da 13 nömrəli formanı geyinəcək.