
İtaliyanın "Latsio" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az-ın məlumatına görə, son olaraq "Roma"nın formasını geyinmiş Pedro Rodriges transfer edilib.
34 yaşlı ispaniyalı vinger yeni klubunda 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, İspaniya "Barselona"sının yetirməsi olan Pedro Rodriges İngiltərədə "Çelsi"nin şərəfini qoruyub.