
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk böyükhesablı nəticəsi II tura təsadüf edib.
Sortnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, “Qarabağ” öz meydanında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.
Bu, ölkə çempionatları tarixində üç və ya daha çox top fərqinin qeydə alındığı 928-ci matçdır. “Qarabağ” 115-ci dəfə qalib gəlibsə, “Səbail” 14-cü dəfə uduzub.
Paytaxt təmsilçisi rəqib meydanlarında 10-cu dəfə böyük hesaba üzülüb.