AFFA İntizam Komitəsi "Keşlə" klubunun futbolçusu Şəhriyar Əliyevi 4 oyunluq cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna 29 yaşlı müdafiəçinin "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın II tur matçının 90+5-ci dəqiqəsində hakimi təhqir etməsi səbəb olub.
Paytaxt təmsilçisi bunun üçün 3200 manat ödəcəyək. Komitə "Qəbələ"ni isə 800 manat məbləğində cərimələyib. "Qırmızı-qaralar"ın 4 oyunçusu həmin görüşdə sarı vərəqə alıb.
Bundan əlavə, "Neftçi" klubu da 800 manat məbləğində ziya düşüb. "Ağ-qaralar"ın 5 futbolçusu səfərdə "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.