
Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub.
Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Görüşün ilk 10 dəqiqəsi meydan sahiblərinin kəskin hücumları şəraitində keçib. 23-cü dəqiqədə Namik Ələskərovun qüvvətli zərbəsini qapıçı Qavin Bazunu çətinliklə dəf edib. 45+1-ci dəqiqədə Emin Mahmudov baxımlı qola hesabı açıb.
İkinci hissədə İrlandiya seçməsi təzyiqi daha da artırıb. 60-cı dəqiqədə Şahruddin Məhəmmədəliyev Troy Parrotun uzaq məsafədən zərbəsini geri qaytarıb. 81-ci dəqiqədə Rüstəm Əhmədzadə qapıçı ilə təkbətək çıxsa da, fərqlənə bilməyib. Britaniya təmsilçisinin ardıcıl bir neçə cəhdi qeyri-dəqiq alınıb. Buna baxmayaraq 87-ci dəqiqədə Şeyn Daffi tarazlığı bərpa edib.
Beləliklə, Azərbaycan millisi DÇ-2020-nin seçmə mərhələsində ilk xalını qazanıb. Komanda hazırda 1 xalla 4-5-ci yerləri bölüşdürür. A qrupunun digər matçında Serbiya Lüksemburqu 4:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliyaya qarşı keçirəcək.
---------------------------------------------------------------
Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 4-cü sınağında İrlandiyanın qonağı olacaq. Dublin şəhərindəki "Aviva" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edəcək. Ona yan xətt hakimləri Benjamen Pejes və Ervan Finjan köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Mikael Lezaj yerinə yetirəcək. VAR sisteminə qadın referi Stefani Frappar nəzarət edəcək.
Qarşılaşma öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. Meydan sahiblərində Dara O Şi və Natan Kollinz zədə səbəbindən matçı buraxacaq.
Qeyd edək ki, 3 oyundan sonra xalı olmayan İrlandiya və Azərbaycan yığmaları 4-5-ci yerləri bölüşdürür. Bu qrupun digər oyununda Serbiya evdə Lüksemburqla qarşılaşacaq.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
20:00. İrlandiya - Azərbaycan - 1:1
Qol: Şeyn Daffi, 87 - Emin Mahmudov, 45+1
Hakimlər: Jerom Brisar, Benjamen Pejes və Ervan Finjan, Mikael Lezaj (Fransa)
Dublin, "Aviva" stadionu
Xal durumu: Portuqaliya - 10. Serbiya - 7. Lüksemburq - 6. İrlandiya - 0. Azərbaycan - 0.