İtaliyanın "Kalyari" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Seria A təmsilçisinin sükanı arxasına Valter Matsarri gətirilib.
60 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. İtaliyalı baş məşqçi bu vəzifədə Leonardo Sempliçini əvəzləyib.
"Kalyari" 3 turdan sonra 1 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, son iş yeri ölkəsinin "Torino" klubu olan Valter Matsarri daha əvvəl "Napoli", "Sampdoriya" və "İnter" kimi komandalara da başçılıq edib.